??Sürhüllü — Azərbaycanın şimal-qərb Zonasına, əsasən Qax



??Sürhüllü — Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, Zaqatala və Balakən rayonlarına məxsus xəmir xörəyodir. Sürhüllü yeməyi əsasən qış aylarında, əvvəlcədən tədarük edilmiş qaxac ətindən və içnovurdan istifadə edilərək bişirilir. Sürhüllü xəmir xörəyi olmaqla iki formada bişirilir: Qurudulmuş ətlə və təzə ətlə. Əsasən qoyun ətindən istifadə edilir. Yeməyin adı sürtmək, xəmirin sürtülərək formaya salınması mənasını verir. Məhs xəmir parçaları barmaqla sürtülərək çəkilir.
✅Xəmirin hazırlanması:
Əvvəlcə un, su və duzdan çox bərk olmayan xəmir yoğurun. Xəmir 5-10 dəqiqə mayalandıqdan sonra, uzununa lentlər kəsin. Bu lentləri barmaqlarınızın ucu ilə yumrulayın. Sonra xırda kvadrat formada kəsin. Ayırdığınız xırda hissələri bir-bir şəhadət barmağınızı basmaqla çəkin. Çəkilmiş xəmiri əlinizlə bir qədər dartıb uzadın ki, qalın olmasın. Yapışmaması üçün unlayıb ayrı-ayrı yığın.
Qazanda su qaynadıb, duz əlavə edin. Çəkdiyiniz sürhüllüləri qaynayan suya əlavə edirik. Sürhüllülər bişəndən sonra sudan çıxarıb qablara yığın.


#sürhüllü #xemiryemekleri #azerbaycan #zaqatala #metbex#instagram #eat#dish#delicious #food#foodblog #blogger #l4l #f4f #мучное #еда#вкусноипросто #приятногоаппетита #yummy#good#afiyetolsun #yemektarifleri #etliyemekler #азербайджанскаякухня #azerbaycan?? #cooking #style #hamur #yemek #lezzetli

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir