??Tərəvəzli,toyuqlu Irmik (kuskus)


??Tərəvəzli,toyuqlu irmik (kuskus)
Ərzaqlar
· 100 qr. irmik
· 100 qr gül kələmi
· 10 cl qaynar su
· 1 ədəd toyuq sinəsi
· 1 ədəd pomidor
·  5 ədəd göbələk
·  2 ədəd yerkökü
·  1x.q soya sousu
·  1x.q limon suyu
·  Zeytun yağı, duz, istiot, qırmızı bibər tozu

Hazırlanması :
– Yerkökünü təmizləyib yumru-yumru nazik doğrayın. Gül kələmini də xırda hissələrə ayırıb yuyun. Onları suda 10-15 dəq pörtlədin. Hazır olanda suyunu süzün.
–  Göbələyi doğrayıb, zeytun yağında qızardın. Üzərinə limon sıxın ki göbələyin rəngi qaralmasın. Onları ayrıca qaba yığın.
– Toyuq sinəsini uzun-uzun doğrayıb, duz, istiot, qırmızı bibər tozu səpin. Həmin tavada onları qızardın. Bişəndən sonra 1x.q soya sousu əlavə edib qarışdırın. Onları da ayrıca qaba yığın.
– Pomidoru iki hissəyə bölüb həmin tavada qızardın.
– İndisə irmiyi hazırlamaq vaxtıdır. 100 qr. irmiyi dərin qaba töküb üzərinə eyni miqdarda qaynar su (10 cl=100 gr) əlavə edib qabın qapağını bağlayın ki, irmik suyu çəksin və şişsin.
– Geniş boşqabda irmiyi yanında bişirdiyiniz tərəvəzlərlə və toyuqla süfrəyə verə bilərsiniz.
Nuş olsun.

#irmik #irmikli #kuskus #irmiktarifi #kuskustarifi #yeməklərim #yeməkreseptləri #faydalıyemekler #asanyeməklər #yemek #yemektarifleri
#dadliyemekler #dadlimetbex

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir